Qazax tələbələr ADMİU-da təcrübə keçirlər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Qazaxıstan Milli İncəsənət Universiteti ilə əməkdaşlıq müqaviləsinə əsasən, Qazax Universitetinin magistratura səviyyəsinin II təhsil ilinin tələbələri elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə ADMİU-ya gəliblər.

Sənətşünaslıq, Kinoşünaslıq, Musiqişünaslıq, İncəsənət menecmenti, Xalq çalğı alətləri, İnstrumental ifaçılıq və Kino prodüseri ixtisaslaşmaları üzrə təcrübə keçəcək tələbələr onlar üçün müəyyən edilmiş fəaliyyət planına uyğun olaraq müvafiq kafedralara təhkim ediliblər.

Tələbələrlə baş tutan görüşdə onlara elmi-tədqiqat təcrübələri ilə bağlı məsələlər izah edilərək uğurlar arzulanıb.