Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri başlayıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Qazaxıstan Milli İncəsənət Universiteti ilə sıx əməkdaşlıq edir. Universitetlər arasında 09.09.2023-cü il tarixində əməkdaşlıq müqaviləsi bağlanıb.
Bu əməkdaşlıq çərçivəsində həmin universitetin 21 magistr tələbəsi elmi təcrübə keçmək məqsədilə ADMİU-ya dəvət olunublar.
Qonaq tələbələrlə görüşdə iştirak edən ADMİU-nun Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova çıxış edərək onları salamlayıb, universitet haqqında məlumat verib və uğurlar arzu ediblər.
Görüşdə həmçinin tələbələrin təhkim olunduğu kafedraların müdirləri də iştirak edib, onlara elmi-tədqiqat təcrübələri ilə bağlı məsələləri izah edərək uğurlar arzulayıblar.