“Rəsm sehrinin altında”…
Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunacaq.
Konsert zamanı XVII–XXI əsr bəstəkarlarının əsərləri səsləndiriləcək.
Konsert 2 dekabr 2025-ci il saat 17:00 – da Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutacaq. Giriş sərbəstdir.

