Rəssamlıq və Sənətşünaslıq ixtisasları ilə bağlı altqrupların iclasları keçirilib

Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanması üzrə Mədəniyyət ixtisasları üzrə İşçi Qrupun alt qrupunun növbəti iclası keçirilib. ADMİU-nun təsdiq olunmuş İş Planına müvafiq olaraq rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə 12 mart 2025-ci il tarixində Dekorativ-tətbiqi sənət, Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Sənətşünaslıq ixtisasları üzrə iclasları baş tutub. Çoxsaylı mütəxəssisin iştirakı ilə baş tutan iclaslarda Ali təhsil müəssisələrinin nümayəndələri mövcud ixtisaslaşmaların perspektivlərindən və əmək bazarında ən çox tələbat olan ixtisaslaşmalardan bəhs ediblər. Müzakirələr zamanı beynəlxalq təcrübə təhlil edilərək müvafiq qərarlar qəbul edilib. ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, Rəssamlıq fakültəsinin dekanı Səyalı Quliyeva, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əziz, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Teatrşünaslıq kafedrasının müdiri Aydın Talıbzadə, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri Əli Əmirli, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov, Təsviri sənət kafedrasının baş müəllimi Zöhrab Cabbarov, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Gülarə Salayeva, Azərbaycan Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektoru Afət Aslanova, İncəsənət kafedrasının müdiri Rayihə Məmmədli, Bədii xalça və bədii toxuculuq kafedrasının professoru Məhəmmədhüseyn Hüseynov, Rəngkarlıq kafedrasının professoru Cəlil Hüseynov, Bakı Mühəndislik Universitetinin Dizayn kafedrasının müdiri Vaqif Məmmədovun iştirakı ilə baş tutan iclaslarda təkliflər irəli sürülüb.
Mədəniyyət ixtisasları üzrə İşçi Qrupu növbəti aylarda müvafiq tədris planlarının hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər. Aparılan iclaslar ixtisaslaşmaların optimallaşmasının təmin edilməsinə və məzunların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına xidmət edəcək.