“Şəbi-hicran”
Dekabrın 5-i saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçiriləcək.
Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır. İfaçıları tarda Səxavət Məmmədov, kamançada Anar Yusub, fortepianoda Heyran Qədirli müşayiət edəcək.


