Sənəd-informasiya resursları fondumuza yeni şəxsi kitab kolleksiyası daxil olub

Kitabxana-informasiya mərkəzinin sənəd-informasiya resursları fondu yeni şəxsi kitab kolleksiyası ilə zənginləşib. ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, tarix elmləri doktoru Məlahət Fərəcovanın təqdim etdiyi kolleksiya tarix, arxeologiya və mədəniyyət sahələri üzrə Azərbaycan, rus və ingilis dillərindən ibarət nəşrlərdir. Oxucuların yaxından tanış olması məqsədilə Azərbaycan dilində 4 nüsxə, rus dilində 28 nüsxə, ingilis dilində 7 nüsxə kitabdan ibarət soraq və tədris-metodiki ədəbiyyatın sərgisi təşkil olunub. Dəyərli kolleksiyanı hədiyyə etdiyi üçün professor Məlahət Fərəcovaya təşəkkür edirik.