SABAH qrupunun tələbələri “Davamlı Gələcək üçün İncəsənət” sərgisində çıxış ediblər
Noyabrın 5-də Muzey Mərkəzində Elm və Təhsil nazirliyinin təşkilatçılığı ilə COP29 və SABAH-ın 10 illiyinə həsr olunmuş “DAVAMLI GƏLƏCƏK ÜÇÜN İNCƏSƏNƏT” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə ADMİU-nun 2-ci kurs aktyor sənəti ixtisası SABAH tələbələri COP29-a həsr etdikləri M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” adlı kompazisiya ilə çıxış ediblər.
Qeyd edək ki, kompazisiyanın müəllifi və quruluşçu rejissoru SABAH qruplarının müəllimi, Əməkdar artist Yaqut Paşayevadır.