SABAH tələbələri beynəlxalq konfrasda
ADMİU-nun Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrulun SABAH mərkəzinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası II təhsil ili tələbələri ilə “COP29 VƏ İNCƏSƏNƏT” mövzusunda keçdiyi təlim nəticəsində yazılan məqalələr Beynəlxalq konfransda dərc olunub.
Eləcə də oktyabrın 26-da Azərbaycan Respublikası Gənclər Fondu və “ELM”
Gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Şuşa – Yaşıl Dünya” adlı lahiyə çərçivəsində beynəlxalq konfrans keçirilib.
Konfrasda çıxış edən tələbələrimizin təqdimatları maraqla qarşılanıb, onlara sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.