SABAH tələbələri səfərə hazırlaşır

27–28 noyabr 2025-ci il tarixlərində SABAH İncəsənət Festivalı çərçivəsində və Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları Aktyor sənəti ixtisasının IV təhsil ili tələbələri Cəfər Cabbarlının “Dönüş” və Vilyam Şekspirin “Yay Gecəsində Yuxu” əsərləri əsasında hazırladıqları tamaşalarını Gəncə və Mingəçevir şəhərlərində təqdim edəcəklər.

Festival günlərində tələbələrimizə uğurlar arzulayırıq!