Samire_Eliyeva

Aşıq Sənəti Kafedrasının Müdiri

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Samirə Əliyeva 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kütləvi tədbirlər rejissoru” ixtisas üzrə bakalavr, 2004-cü ildə “Mədəniyyətşünaslıq” üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 1998-2001-ci illərdə Mədəniyyət sarayında Saz dərnəyində rəhbər, 2001-2003-cü illərdə Bakı Humanitar Kollecində laborant, 2005-ci ildən ADMİU-da müəllim, baş müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildən dosent vəzifəsində işləyir. Bir sıra elmi məqalə, konfrans materialı və “İxtisas”, “Aşıq sənətinin tarixi və nəzəriyyəsi”, “Tədris təcrübəsi”, “Vokal sənətinin (Aşıq sənəti) müasir istiqamətləri”, “İxtisas” tədris proqramlarının tərtibçisi, “Dastan ifaçılığı bir aktyorun teatrı kimi” dərs vəsaitinin müəllifidir. 1993-cü ildən Azərbaycan Aşıqlar birliyinin üzvüdür. Bir çox müsabiqənin qalibi və festivalın laureatıdır. 2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2014-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif edilmiş, 2014-2017-ci illərdə Prezident mükafatçısı olmuş, 2019-cu ildə dosentlik diplomunu almışdır.

Samirə Əliyeva 2022-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrasının rəhbəri vəzifəsində işləyir.