“ŞƏHƏR MÜHİTİNDƏ MƏDƏNİ İRS VƏ MÜASİR İNCƏSƏNƏT DİALOQU” MÖVZUSUNDA PANEL MÜZAKİRƏ
Şəhərsalma və dayanıqlı şəhərlər mövzusunda ən aparıcı mütəxəssisləri toplayacaq 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin töhfəsi “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” adlı tədbirlə qoşulması olacaq.
Müasir urbanizasiya prosesləri yalnız fiziki məkanlar və infrastrukturlarla məhdudlaşmır. XXI əsrin şəhərləri getdikcə daha çox rəqəmsal mühitlər, virtual cəmiyyətlərlə identifikasiya olunur. Bu kontekstdə rəqəmsal mədəniyyət insanların ünsiyyət, öyrənmək, istehlak və yaradıcılıq vərdişlərini dəyişdirir, fərdlərin həm real, həm də virtual şəhər həyatında davranışını müəyyənləşdirir. Sözügedən məqam müasir şəhər mühitində mədəni irsin qorunması və müasir incəsənətdə təmsil olunması məsələsini aktuallaşdırır. Qloballaşan dünyada baş verən hadisələr kontekstində milli-mənəvi dəyərlərin yaratdığı maddi və qeyri-maddi irsin yenidən nəzərdən keçirilərək dərk olunmuş şəkildə incəsənətdə tətbiqi qanunauyğunluqlarının öyrənilməsi sözügedən dəyərlərin dayanıqlılığına xidmət etməlidir.
Panel müzakirələr formatında keçiriləcək bu tədbirdə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.
1. Ağıllı şəhər: mədəni infrastrukturun rəqəmsal idarəolunması
2. Böyük Qayıdış kontekstində mədəni irs
3. Şəhər ənənəvi və müasir mədəni irsin keşiyində
4. Şəhər mövzusu kino və teatrda
Tədbirin gözlənilən nəticəsi rəqəmsal şəhər mühitində mədəni irsin təbliği və müasir incəsənətdə ənənəvi mədəni irsdən istifadə istiqamətlərinin müəyyənləşdirilməsidir.
Konfrans 1 may 2026-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında (Bakı ş., H. Cavid pr. 129)saat 11:00-da baş tutacaq. Qeydiyyat 10:00.
PANEL DISCUSSION ON THE “DIALOGUE OF CULTURAL HERITAGE AND CONTEMPORARY ART IN THE URBAN ENVIRONMENT”
The contribution of the Azerbaijan State University of Culture and Arts to the 13th World Urban Forum (WUF13), which will bring together the most leading experts on the topic of urban planning and sustainable cities, will be its participation in the event “Dialogue of Cultural Heritage and Contemporary Art in the Urban Environment”.
Modern urbanization processes are not limited to physical spaces and infrastructures. Cities of the 21st century are increasingly identified with digital environments and virtual societies. In this context, digital culture changes people’s communication, learning, consumption and creative habits, determines the behavior of individuals in both real and virtual urban life. This point makes the issue of preserving cultural heritage in the modern urban environment and its representation in contemporary art relevant. In the context of the events taking place in the globalized world, the study of the laws of application in art in a re-examination of the tangible and intangible heritage created by national-spiritual values should serve the sustainability of the said values.
This event, which will be held in the format of panel discussions, will include an exchange of views on the following topics.
1. Smart city: digital management of cultural infrastructure
2. Cultural heritage in the context of the Great Return
3. The city is on guard of traditional and modern cultural heritage
4. The theme of the city in cinema and theater
The expected result of the event is the promotion of cultural heritage in the digital urban environment and the identification of directions for the use of traditional cultural heritage in contemporary art.
The conference will take place on May 1, 2026 in the Central Scientific Library (Baku city, H. Javid Av.129) at 11:00 AM. Registration at 10:00 AM.
ПАНЕЛЬНАЯ ДИСКУССИЯ НА ТЕМУ «ДИАЛОГ КУЛЬТУРНОГО НАСЛЕДИЯ И СОВРЕМЕННОГО ИСКУССТВА В ГОРОДСКОЙ СРЕДЕ»
Азербайджанский государственный университет культуры и искусства примет участие в 13-м Всемирном урбанистическом форуме (WUF13), который соберет ведущих экспертов в области градостроительства и устойчивого развития городов, в рамках мероприятия «Диалог культурного наследия и современного искусства в городской среде».
Современные процессы урбанизации не ограничиваются физическим пространством и инфраструктурой. Города XXI века все больше ассоциируются с цифровой средой и виртуальным обществом. В этом контексте цифровая культура меняет коммуникативные, учебные, потребительские и творческие привычки людей, определяет поведение отдельных лиц как в реальной, так и в виртуальной городской жизни. Этот момент делает актуальным вопрос сохранения культурного наследия в современной городской среде и его представления в современном искусстве. В контексте событий, происходящих в глобализованном мире, изучение законов применения в искусстве при переосмыслении материального и нематериального наследия, созданного национально-духовными ценностями, должно способствовать устойчивому развитию этих ценностей.
Данное мероприятие, которое пройдет в формате панельных дискуссий, будет включать обмен мнениями по следующим темам:
1. Умный город: цифровое управление культурной инфраструктурой
2. Культурное наследие в контексте Великого возвращения
3. Город на страже традиционного и современного культурного наследия
4. Тема города в кино и театре
Ожидаемый результат мероприятия – продвижение культурного наследия в цифровой городской среде и определение направлений использования традиционного культурного наследия в современном искусстве.
Конференция состоится 1 мая 2026 года в Центральной научной библиотеке (г. Баку, пр. Г. Джавида 129) в 11:00. Регистрация в 10:00.

