Serbiyanın məşhur universiteti ADMİU tələbələri üçün Erasmus+ müsabiqəsinin vaxtını 25 noyabra qədər uzadır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün İnstrumental ifaçılıq və Tətbiqi incəsənət (Qrafik dizayn və Təsviri incəsənət) sahələri üzrə müsabiqə elan edir. Müsabiqədə ADMİU-nun bakalavr və magistr tələbələri iştirak edə bilər.
Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:
Pasport və ya şəxsiyyət vəsiqəsinin kopyası;
Europass formatında CV (ingilis dilində);
Transkript (ingilis dilində və ümumi ortalama balı 81+ olanlar müraciət edə bilər);
Motivasiya məktubu (ingilis dilində);
2 ədəd tövsiyə məktubu (ingilis dilində);
Beynəlxalq dil sertifikatı (əgər varsa).
Qeyd: Dil sertifikatı olanlara üstünlük veriləcək.
Sənədləri 28.11.2024-cü il tarixinə kimi namig.karimov@admiu.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Serbiyanın Kragujevac Universiteti haqqında ətraflı məlumatı https://en.kg.ac.rs/ Universitetin rəsmi səhifəsindən əldə edə bilərsiniz
Əlavə sual yarandığı halda ADMİU-nun Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinə müraciət edə bilərsiniz.