Rəssamlıq Fakültəsinin Dekanı Müavini
Əhmədova Şəlalə Asif qızı 1983-cü ildə Ağdam rayonunda anadan olub. 33 saylı Ağdam orta məktəbini bitirib. 2001-2005-ci illərdə ADMİU-nun Kulturologiya fakültəsinin Kulturoloq ixtisası üzrə, 2006-2009 cu illərdə isə Kulturologiya fakültəsinin Mədəniyyətşünaslıq ixtisası üzrə magistr (qiyabi) təhsili alıb.2006 – cı ildə Kulturologiya fakültəsinin Mədəniyyətşünaslıq kafedrasında laborant, 2014- 2020 – ci illərdə həmin fakültədə tyutor, 2020-2022 -ci illərdə Kino və televiya fakültəsində tyutor, 2022-2026- cı illərdə Tədris şəbəsi Tələbələrlə iş bölməsinin rəhbəri, 2026- cı ilin oktyabr ayından Rəssamlıq fakültəsində dekan müavini vəsifəsində çalışır.
Şəlalə Əhmədova 06 noyabr 2014 – 06 aprel 2015-ci il tarixlərində ADMİU-da təşkil olunan tyutor kursunada Ali təhsil müəssisələri üçün “Tyutor bacarığı təlimi”ndə biliyi, bacarığı və səriştəsi ilə fərqləndiyinə görə I dərəcə ilə təltif edilərək sertifikat qazanmışdır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirlinin tabeliyində Təhsil Tələbə Kredit fondu “Təhsil Tələbə Kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” təlimində iştirak etdiyinə görə sertifikatla təltif olunmuşdur.
28.02.2026- cı il tarixində “Təhsildə keyfiyyət:Diplom yoxsa real bilik?” adlı təlimdə aktiv iştiraka görə sertifikatla təltif olunmuşdur.

