“Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda mühazirələrə start verilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda mühazirələrə start verilib. Mühazirələr ABŞ-ın Dominik Universitetinin professoru, Sosial iş mütəxəssisi Letisia Villareal Sosa tərəfindən aparılır. Siyasi iş üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübə ilə tanışlıq məqsədi ilə aparılan mühazirələrdə Universitetin ilk sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Müəllimlər İnstitutu tələbələri, AQUPDK və Uşaq və Ailələrə Dəstək mərkəzinin əməkdaşları (Şüvəlan, Ağdam, Göygöl, Goranboy, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Zərdab), Azərbaycan Sosial İş İctimai Birliyinin əməkdaşları iştirak edir. 10 gün davam edəcək treninqdə ailə və sosial siyasət, ailənin cəmiyyətdə funksiyaları, qeyri-bərabərlik, ailədə kasıblıq, sosial institutlar və onların sosial funksiyaları, siyasət və yoxsulluq, qloballaşma və beynəlxalq iqtisadiyyat, ABŞ-da Rifah Dövlətinin tarixi və dəyərləri, özünüdərketmənin inkişaf etdirilməsi, siyasi analiz: sübuta əsaslanan sosial siyasət alətləri, ictimai vəkillik təcrübəsi, fiziki və psixi sağlamlıq, ailə və uşaqlar üçün sosial xidmətlər,informasiya cəmiyyətində cinayət və zorakılıq , icma inkişafı, sosial problemlerin konstruksiyaları (müəyyən problem çərçivəsində), liderliyin inkişafı, sosial təhlükəsizlik və yaşlılıq siyasəti, koalisiyalar, şəbəkələr və icma təşkilatları, yerli olaraq düşün və qlobal olaraq davran mövzularında mühazirə və fərdi, komanda şəklində məşğələlər aparılmışdır.