“Sürət və cürət” müsabiqəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” adlı III etüd müsabiqəsinin bağlanış konserti keçirilib.

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. 12-16 may tarixləri müddətində III etüd müsabiqəsi konseptində açılış konserti, György Ligetiyə həsr olunmuş qısa mühazirə-konsert, iki turdan ibarət müsabiqə və bağlanış konsert mərasimi keçirilib. Müsabiqə üç Ali təhsil müəsissəsinin və dörd Musiqi Kollec tələbələrinin iştirakı ilə baş tutub. Bağlanış konserti zamanı öncə ADMİU-nun tələbə xor kollektivi xalq musiqisi mövzusunda xor-vokal nömrələri ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva müsabiqənin əhəmiyyətindən bəhs edib, müsabiqə iştirakçılarını uğurla finala çatmaları münasibəti ilə təbrik edib. ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri professor Adilə Yusifova çıxış edərək iştirakçılara gələcəkdə uğur və müvəfəqiyyət arzu edib.

Daha sonra müsabiqə qalibləri mükafat və diplom ilə təltif olunublar. Ali təhsil müəsissələrindən fortepiano aləti üzrə I yer ADMİU-nun tələbəsi Səfərli Sünbül, II yer ADMİU-nun tələbəsi Mehtiyeva Nərmin , III yer ADMİU-nun tələbələri Hüseynli Vəsmi, Cavadzadə Zəhra; Musiqi Kolleclərindən fortepiano aləti üzrə  II yer AMK-nın nəzdində Musiqi Kollecinin tələbəsi Şeydayeva Məlahət, III yer AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecinin tələbəsi Hacıyeva Aliyə, AMK-nın nəzdində Musiqi Kollecinin tələbəsi Talıbov Siyasət; Ali təhsil müəsissələrindən simli alətlər üzrə II yer ADMİU-nun tələbəsi Tahirov Ülvi, III yer ADMİU-nun tələbəsi Əhədova Aynur; Ali təhsil müəsissələrindən nəfəsli alətlər üzrə II yer ADMİU-nun tələbələri Babazadə Ağa, Musayev Musa, Musiqi Kolleclərindən simli alətlər üzrə II yerə ADMİU-nun nəzdində Humanitar Kollecin tələbəsi Talıblı Nərmin; nəfəsli alətlər üzrə isə AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecinin tələbəsi Səfərov Rağyar III yerə layiq görülüblər.

Konsertdə tələbələr bir-birindən maraqlı əsərlər ifa edib, müsabiqənin ən yaxşı iştirakçıları musiqi nömrələri ilə çıxış ediblər.