“Səhnə danışığı” kafedrası 1968-1969-cu tədris ilində Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində yaradılmışdır. 2015-ci ildən isə “Teatr sənəti” fakültəsinin nəzdində fəaliyyətini davam etdirir.

“Səhnə danışığı” kafedrasının əsas məqsədi tələbələrə Azərbaycan ədəbi dilini, onun xüsusiyyətlərini, qüvvətli və təsirli səsə malik olmanın sirrlərini, ondan obraz yaradarkən doğru-düzgün istifadə etmənin yollarını öyrətməkdir.

Zaman-zaman Azərbaycan teatrının savadlı aktyorları, pedaqoji işə həvəs və meyli olan sənət xadimləri Abbas Mirzə Şərifzadə, MirseyfəddinKirmanşanlı, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə və başqaları səhnə danışığının tədrisinə cəlb ediliblər.

Kafedranın müəllimləri müxtəlif ixtisaslar üzrə tədris olunan “Səhnə danışığı” fənninə dair metodiki göstərişlər, proqramlar hazırlayıb tərtib etmişlər. Bu işlərin görülməsində uzun illər (1989-2001) kafedranın müdiri vəzifəsini tutmuş, professional aktyorların hazırlanmasında böyük xidmətləri olmuş istedadlı pedaqoq, dosent Əzizağa Quliyevin əməyini xüsusilə qeyd etmək lazımdır.

Əzizağa Quliyevin qələmə aldığı “Diksiya və bəzi metodik göstərişlər” (1975) “Mətn üzərində iş” (1979), Mədəni-maarif fakültəsinin 1-2 kurs qiyabiçi tələbələri üçün “Səhnə danışığı” fənninə dair metodiki göstəriş”(1981), «Orfoepiyaya dair metodik göstərişlər» (1983), “Səhnə danışığı və onun tədrisi haqqında” (1989), ”K.S. Stanislavski səhnə danışığı haqqında” (1989), “Yanıltımaclarla danışıq texnikasinin təkmilləşdirilməsi” (1996), “Təmsil üzərində aparılan işin aktyor tərbiyəsində əhəmiyyəti (1998), “Səhnə danışığı” (2011) adlı dərsliyiləri və s. vəsaitlər böyük elmi əhəmiyyətə malikdir.

Səhnə danışığını aktyor sənətindən ayrı təsəvvür etməyən Əzizağa Quliyev gərgin zəhmət və yaradıcılıq axtarışları nəticəsində QriqoriKristinin “Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi” (1979) və Boris Zaxava “Aktyor və rejissor sənəti sənəti” (1984 Nəsir Sadıqzadə ilə birlikdə) adlı fundamental dərslikləri dilimizə tərcümə etmişdir. Bundan başqa Əzizağa müəllimin jurnal və məcmuələrdə çap etdirdiyi bir sıra dəyərli məqalələri də vardır. Azərbaycan teatr təhsilində ilk dəfə olaraq yazılan “Səhnə danışığı” dərsliyinin müəllifidir.

Kafedranın professor-müəllim heyyəti tərəfindən 19 tədris proqramı müxtəlif ixtisaslar üzrə tərtib edilmişdir.

  1. Kafedrada çap olunan dərslik, metodik vəsaitlər:
  • “Mətn üzərində iş və səhnə danışığının digər problemləri”. Metodik vəsait. 2008.
  • “Səhnə danışığı fənninə dair müntəxəbat”. Dərs vəsaiti. 2018
  • “Səhnə danışığı vərdişlərinə yiyələnməkdə folklorun əhəmiyyəti”. Metodiki göstəriş. 1999.
  • “Səhnə danışığı və aktyor sənəti fənnlərinin əlaqəli tədrisi”. Dərs vəsaiti. ADNA-nın mətbəəsi. 2013.
  • Mahirə Yaqubova, Kəmalə Mehdiyeva, Ağalar Bayramov, Azad Şükürov. “Səhnə danışığına dair metodik göstərişlər”  (Dərs vəsaiti)  Bakı-2018.
  • “Səhnə danışığı dərslərində görmə və sözaltı məna üzərində iş”. Metodiki göstəriş. ADMİU-nun mətbəəsi. Bakı. Ə.Haqverdiyev 15. 2001

2024-cü ilin may ayından kafedra müdiri vəifəsinə Xalq artisti, professor Məmmədsafa Qasımov təyin olunmuşdur.

 

Professor-müəllim heyətinin tərkibi:

  • Kəmalə Teyyub qızı Mehdiyeva – sən.üz.fəl.dok., dosent
  • Azad Hətəm oğlu Şükürov – Əməkdar artist, professor
  • Nadir Qəribağa oğlu Hüseynov – Professor
  • Ağalar Xanlar oğlu Bayramov – Məsləhətçi-professor
  • Mahirə Mehdi qızı Yaqubova – Əməkdar artist, dosent
  • Ayan Oqtay qızı Mirqasımova – Xalq artisti, dosent
  • Aleksandra Nikuşina Konstantinovna – Xalq artisti
  • Əlizaman Sarı oğlu Mirzəyev – baş müəllim
  • Pərvanə Əli qızı Namazova – müəllim
  • Fatimə Çingiz qızı Qasımova – laborant 

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • Səhnə danışığı (Dram teatrı və kino aktyoru)
  • Səhnə danışığı (Dram teatrı və kino aktyoru – (rus bölməsi)
  • Səhnə danışığı (Musiqili teatr aktyoru)
  • Səhnə danışığı (Kino rejissoru)
  • Səhnə danışığı (Kino rejissoru – (rus bölməsi)
  • Səhnə danışığı (Televiziya rejissoru)
  • Səhnə danışığı (Teatr rejissoru)
  • Səhnə danışığı (Populyar musiqi və caz ifaçılığı)
  • Səhnə danışığı (Populyar musiqi və caz ifaçılığı – (rus bölməsi)
  • Bədii qiraət texnikası
  • Bədii qiraət texnikası (rus bölməsi)
  • Aktyor sənətinin əsasları və nitq mədəniyyəti

Magistratura 1.5 illik:

  • Bədii qiraət ustalığı
  • Dublyaj texnikası
  • Səhnə danışığı və nitq mədəniyyəti
  • Səhnə danışığı metodikası

Magistratura üzrə 2 illik:

  • Televiziya və radioda nitq mədəniyyəti
  • Səhnə danışığının tədrisi metodikası
  • Aktyorun dublyaj fəaliyyəti, metodika və diksiya məsələləri

            

Kafedra Rəhbəri

Məmmədsafa Qasımov

Xalq artisti, professor

Ətraflı