Tələbə qəbulu proqnozunun hazırlanması ilə bağlı növbəti iclas keçirilib

Oktyabrın 22-də Azərbaucan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2025-2026-cı tədris ili üzrə universitetə tələbə qəbulunun nəticələrinin təhlili və 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu proqnozunun hazırlanması barədə rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə növbəti iclas keçirilib. İclasda Tədris işləri üzrə prorektor dosent N.Rüstəmova, Tədris şöbəsinin müdiri N.Qafarov, Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri professor V.Məmmədova, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri Ş.Əliyev, Mühasibat uçotu və hesabat şöbəsinin müdiri, baş mühasib R.Quliyev, SABAH Mərkəzinin rəhbəri N.Vəliyev, Audiovizual sənətlər fakültəsinin dekanı G.Hüseynova, Rəssamlıq fakültəsinin dekanı S.Quliyeva, Kulturologiya fakültəsinin dekanı S.Məhişov, Musiqi sənəti fakültəsinin dekanı İ.Xəlilova və Teatr sənəti fakültəsinin dekan müavini Ə.Hacılı iştirak ediblər.
Rektor qəbulun bakalavriat səviyyəsində 94.4%, magistratura səviyyəsində 69% olduğunu bildirib. Univeristetə tələbə qəbulunun nəticələri qənaətbəxş qiymətləndirilib, dekanlar kafedraların plan yerləri barədə təkliflərini təqdim ediblər. Proqnoz hazırlanarkən əmək bazarında kadr tələbatı və universitetin imkanlarının nəzərə alındığı qeyd olunaraq bu istiqamətdə müzakirələr aparılıb.