Tələbələrin “Uğurlarımın sirri” adlı layihəyə əsasən növbəti mükafatlandırılması həyata keçirilib

Kitabxana-İnformasiya Mərkəzi tələbələrin keyfiyyətli təhsil alması, uğurlar qazanması və dinamik inkişaf edən ölkəmiz üçün əsl vətəndaş və mütəxəssis kimi yetişməsində üzərinə düşən vəzifələrdən irəli gələrək başlatdığı “Uğurlarımın sirri” adlı layihəyə əsasən Teatr sənəti fakültəsinin 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək bilik nümayiş etdirən tələbələri kitablarla mükafatlandırılıb.

Layihə çərçivəsində imtahan sessiyalarında yüksək nəticələr göstərən və sosial baxımdan həssas ailə qrupuna aid olan tələbələrin nailiyyətlərini qiymətləndirmək, digər tələbələr arasında intellektual rəqabət və stimul yaratmaq məqsədilə onların ixtisaslarına müvafiq nəşrlər hədiyyə olunur.