Elmi Katib

Fəlsəfə üzrə fəlsəfə doktoru, Dosent

Tamilla Hikmət qızı Əhmədova 18.03.1970-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

1987-ci ildə Bakının 210 saylı orta məktəbi, 1991-ci ildə ADMİU-nun “Mədəni-maarif işi” fakültəsinin “Kütləvi bayramların təşkilatçı-rejissoru” əyani şöbəsini bitirib.

1992-1996-ci illərdə ADMİU-nun dissertantı olub.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu İxtisasartırma Təhsili Haqqında Sertifikat alıb.

2020-ci ildə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi “Multikulturalizmə giriş” fənni üçün hazırlanmış yeni tədris proqramları əsasında təlimi müvəffəqiyyətlə tamamlayaraq Mərkəzin sertifikatını alıb.

02.09.1991-ci ildə ADMİU-nun “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasına laborant, 08.02.1993 həmin kafedraya böyük laborant vəzifəsinə təyin edilib. 1994-ci ildə “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1997-1998 illərdə ADMİU-nun Elmi Şurasının katibi vəzifəsində çalışıb. 30.11.1998-ci ildə müsabiqə ilə “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasına baş müəllim, 14.06.2007-ci ildə dosent vəzifəsinə təyin edilib.

2017-2021-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının “İctimai fənlər” kafedrasında 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışıb.

1996-ci ildə “Müasir Alman fəlsəfəsində mədəni-tarixi inkişafının problemləri” mövzusunda namizədlik dissertasiya işini AMEA-nın Fəlsəfə və Hüquq institutun ixtisaslaşdırılmış şurasında müdafiə edib.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 05.03.1997-ci il qərarı ilə (protokol № 15) fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 4 yanvar 2010-ci il tarixli (protokol № 01-k) qərarı ilə “Mədəniyyətşünaslıq” kafedrası üzrə dosent elmi adı verilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-ci il 10 dekabr tarixli 11/1288 nömrəli əmri ilə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi adına layiq görülüb.

2021-ci ildə Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə ADMİU-nun Fəxri Fərmanı ilə təltif edilib.

2013-2018-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) kulturologiya və sənətşünaslıq üzrə ekspert və tərcüməçi vəzifəsini yerinə yetirib.

1996-ci ildən bu günə kimi ADMİU-nun “Mədəniyyət Dünyası” və “Elmi əsərlər” elmi-nəzəri məcmuələrin Sənətşünaslıq və Fəlsəfə sahələri üzrə redaksiya komissiyalarının üzvüdür.

2012-2015-cı illərdə ADMİU-nun Tələbə Adlı Təqaüdlərin Komissiyanın katibi, 2014-2019-cu illərdə ADMİU-nun “Kulturologiya” fakültəsi Elmi Şurasının üzvü olub.

2021-2024-cü illərdə Bakı Humanitar Kolleci Dövlət İmtahan Komissiyanın sədri olub.

2025-cı ildən ADMİU-nun “Kulturologiya” fakültəsi üzrə Metodiki qrupun və Elmi Metodiki Şuranın üzvüdür.

24 yanvar 2025-ci ildən ADMİU-nun Elmi katibi vəzifəsində çalışır.

“Beynəlxalq mədəni əlaqələr” (I və II-cild), “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Sosial kulturologiya” dərslikləri üzrə həmmüəllif, 50-dən artıq elmi jurnal, məqalə və konfrans məruzələri, bakalavr və magistr pilləsi üçün 19 proqram, 3 metodik vəsaitin müəllifidir.

Ailəlidir, iki övladı var.