Kitabxana-İnformasiya Mərkəzinin Müdiri
1996-cı ildə Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq” fakültəsini bitirib. 1989-1992-ci illərdə Respublika Elmi-Texniki Kitabxanasında, 1992-2005-ci illərdə Respublika Elmi-Pedaqoji Kitabxanasında, 2005-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, 2015-2016-cı illərdə Azərbaycan Milli Kitabxanasında işləyib. 2016-cı ildən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müdiri vəzifəsində çalışır.
2009-2010-cu illərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışdığı müddətdə xüsusi ezamiyyə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kitabxanasının və 2014-cü ildə Avropa-Azərbaycan Məktəbinin elektron kitabxanasının yaradılmasına rəhbərlik edib.
2016-2018-ci illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan T.Əsgərova “Elektron kitabxanalar”, “Beynəlxalq kitabxana təsnifatları və formatları” və “Normativ texniki, xüsusi növ nəşrlərin təsviri və təsnifləşdirilməsi” fənlərini tədris edib və proqramını hazırlayıb. 34 biblioqrafik vəsaitin tərtibçisi olan T.Əsgərovanın respublikada bir çox nüfuzlu elmi jurnalda məqalələri çap edilib. 2013-cü ildə Ulu öndərimizin 46 cildlik “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” kitabının 2 cildlik elmi-biblioqrafik göstəricisinin tərtibində iştirak edən işçi qrupun üzvü olub. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Çap olunmuş kitabları:
1. Əsgərova, T. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müdafiə olunmuş magistr dissertasiyaları (2012-2020-ci illər) : elmi-metodik və biblioqrafik vəsait / Tamilla Əsgərova ; elmi məsləh. G.Əliyeva-Kəngərli ; ön söz. S.Əliyeva ; ixtisas red. N.Mürsəlov ; rəy.: A.Abdullayeva, P.Kazımi ; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. – Bakı : ADMİU, 2021. – 80 s.
2. Əsgərova, T., Mürsəlov N. Sənəd-informasiya resursları fondunun cari nəşrləri : annotasiyalı elmi-biblioqrafik göstərici. Cild 1 / Tamilla Əsgərova, Natiq Müsəlov; elmi red. G.Əliyeva-Kəngərli ; rəy. : K.Tahirov, A.Babayev ; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. – Bakı : ADMİU, 2020. – 160 s.