Vətən müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb.
Onların arasında əməkdaşlar, tələbələr və məzunlar var. Universitetin dörd məzunu şəhidlik zirvəsinə ucalıb.
Universitetimiz həm Vətən müharibəsində, həm də sonrakı dövrdə hər zaman şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza diqqətini əsirgəməyib. Biz onların hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. Təkcə 27 sentyabr günü deyil, hər zaman onları yad edir, xatirələrini əbədi qəlbimizdə yaşadırıq. Eləcə də Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz bizim qürur yerimizdir. Bu universitet onların evi, doğma ocağıdır və qapılarımız daim onların üzünə açıqdır. Biz hər zaman onların yanındayıq.
Ümid edirik ki, qısa zamanda ölkəmizin başı üstündəki qara buludlar çəkiləcək, torpaqlarımızda sülh bərqərar olacaq. Şübhə etmirik ki, dövlət başçımızın müdrik rəhbərliyiylə biz bu sülhə nail olacağıq.