TƏSVİRİ SƏNƏT KAĞIZDA yaradıcılıq sərgisi
Klassik Azərbaycan təsviri sənəti ənənələrini yaşatmaq, rəssamın təxəyyülünü və estetik baxışını kağız üzərində ifadə imkanları ilə tamaşaçıya təqdim etmək, eyni zamanda kağız üzərində yaradılmış əsərlərə ictimai marağı artırmaq məqsədilə “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı və Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası, Xətai Sənət Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu Boya Cəmiyyəti – Azərbaycan Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sərgiyə təqdim oluna bilən əsərlər
- Qrafika
- Miniatür
- Sulu boya (akvarel)
- Eskiz
- Ölçü: maksimum 35 × 55 sm
- Mövzu: sərbəst
- Yaş həddi: 18+
- İştirakçı sayı: maksimum 3 əsər
- Seçiləcək əsərlər: 100 əsər sərgilənəcək
- İştirak üçün son tarix: 5 mart 2026-cı il
Əsərlərin qəbul ünvanı: incesenet2025@gmail.com
İştirakçı anketi (email-lə göndərilməlidir):
- Əsərin fotosu
- Əsərin adı
- Ölçü və texnika
- Təvəllüd
- Əlaqə nömrəsi
- Soyad, ad
Əlavə məlumat:
Sərginin onlayn kataloqu hazırlanacaq
Sərgilənən əsərlər geri qaytarılacaq
Sərgilənən hər bir iştirakçıya sertifikat təqdim olunacaq
Nominasiyalar üzrə mükafatlar:
- Ən yaxşı milli ruhlu əsər
- Ən yaxşı miniatür
- Ən yaxşı klassik əsər
- Ən yaxşı illüstrasiya
- Ən yaxşı eskiz
- Ən yaxşı qrafika
- Ən yaxşı akvarel
- Ən yaxşı müasir əsər
Əlavə suallar üçün: 051-310-74-01 (tel / WhatsApp)
Yaradıcı insanlardan incəsənətə sahiblənməyi, kağız üzərində ruhu görməyi arzulayırıq.
Kağız susmur — sən danışdır.

