“Texniki-populyar seriya”dan nəşrlər

ADMİU Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş 16 kitabdan ibarət “Texniki-populyar seriyadan” nəşrlər daxil olub. Yüksək keyfiyyətə, maraqlı dizayna və nəfis bədii-texniki tərtibata malik olan kitablar İstanbul şəhərində çap olunub. Bu nəşrlər neft və sənaye elmlərinin müasir vəziyyəti, inkişafı, hədəfləri, yenilikləri və aktual problemlərindən bəhs edir. Perspektivli elmi istiqamətlərin işıqlandırıldığı kitablardan texnikaya dair əhəmiyyətli vəsait kimi tələbələrlə yanaşı magistrlar, doktorantlar, müəllimlər və elmi işçilər faydalana bilər.