“The Great Gatsby” tamaşası “Pillə” festivalı çərçivəsində təqdim olunub
Mayın 30-da Teatr sənəti fakültəsində “Pillə” festivalı çərçivəsində amerikalı klassik yazıçı F. Skott Fitsceraldın məşhur “The Great Gatsby” romanı əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Tamaşa Teatr sənəti fakültəsi və Rəssamlıq fakültəsinin tələbələrinin birgə yaradıcılıq işi kimi ərsəyə gəlib.
Layihə Fitsceraldın əsərinə müasir teatr baxış bucağından yaradıcı yanaşma kimi qiymətləndirilə bilər. Universitetin ingilis dili tədrisinin gücləndirilməsi strategiyasına uyğun olaraq, tamaşa ingilis dilində səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Nihad Məmmədzadədir. Aktyorlar: Rüstəm Musayev, Mikayıl Şıxəliyev, Milana Həsənova və Səbinə Ələsgərova. Xoreoqraf — Etibar Məmmədov. Rəqs ansamblının üzvləri: Fidan Əliyeva, Vəlya Məmmədli, Sərtəb Salmanlı və Aydan Məharova.