Tofiq Kazımov-100
Bu gün Azərbaycanın tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən virtual sərgi hazırlanıb. İnternet mühitində geniş oxucu auditoriyasının diqqətinə təqdim olunan sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr əks olunub.
Sərgi ilə onlayn rejimdə aşağıda göstərilən linkə daxil olaraq tanış olmaq olar: http://anl.az/el/vsb/Tofiq_Kazimov/index.htm