Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri yekunlaşıb
Sentyabrın 17-dən başlayaraq Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçdikləri silsilə ustad dərsləri yekunlaşıb.
Sentyabrın 18-də Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyev “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi” mövzusundakı məruzə ilə ADMİU-lu tələbələrin qarşısına çıxıb.
Sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi, Radio, Kino və Televiziya bölümünün rəhbəri Burcu Kurtiş “Hekayələrin vizual dizayna çevrilməsi və kino texnikalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Sentyabrın 20-də Nişantaşı Universitetinin pedaqoqu Mustafa Çelik “Vizual dizaynların təsviri və istehsal proseslərinin idarə edilməsi” mövzusunda ustad dərsi verib.
Ustad dərslərində pedaqoqlar mövzu ilə bağlı fikir və təcrübələrini bölüşüb, tələbələri maraqlandıran sualları geniş şəkildə cavablayıblar.
Qeyd edək ki, 17-20 sentyabr tarixləri arasında baş tutan ustad dərsləri iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə gerçəkləşdiriləcək “Film heç bitməsin” beynəlxalq film festivalı çərçivəsindədir.