TÜRKSOY-un Kitab Hədiyyəsi

11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 9-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunan xarici ölkə nüməyəndələri ilə görüş keçirilib. Tədbirdə TÜRKSOY-un stendində nümayiş olunan yeni kitablar ADMİU-da fəaliyyət göstərən TÜRKSOY kafedrasına hədiyyə olunub. TÜRKSOY tərəfindən çap edilmiş rəssamlıq, kino və teatr sənətinə dair 23 nüsxə kitabdan ADMİU-nun professor-müəllim heyəti və tələbələri istifadə edə bilər. Türkdilli xalqların ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinin öyrənilməsi, o cümlədən təbliğində bu nəşrlər mühüm əhəmiyyət kəsb edir.