“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçiriləcək

30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. 

Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar  dəvət edilir.

Konfransın məqsədi:Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsi.

         Kofransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

        • Türk xalqlarının musiqi mədəniyyəti tədqiqat obyekti kimi

• Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi problemləri

        • Aida Tağızadə – tədqiqatçı və müəllim kimi

       Konfransın proqramına daxil ediləcək məruzələr 05 aprel 2026-cı il tarixindən gec olmayaraq türkdilli xalqların dillərində, ingilis və rus dillərində aşağıda göstərilən e-mail ünvana göndərilməlidir: turkicmusicconference@admiu.edu.azelahus.1961@gmail.com 

Müasir reallığı nəzərə alaraq konfransın Zoom platforması əsasında məsafəli qaydada keçirilməsi istisna edilmir.

Konfransın şərtlərini təqdim edirik.