“Uğurlarımın sirri” adlı layihə davam etdirilir
Kitabxana-İnformasiya Mərkəzinin tələbələrin keyfiyyətli təhsil alması, uğurlar qazanması və dinamik inkişaf edən ölkəmiz üçün əsl vətəndaş və mütəxəssis kimi yetişməsində üzərinə düşən vəzifələrdən irəli gələrək başlatdığı “Uğurlarımın sirri” adlı layihə davam edir. Layihəyə çərçivəsində ADMİU-nun SABAH qruplarının 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək bilik nümayiş etdirən və sosial baxımdan həssas ailə qrupuna aid olan tələbələri nailiyyətlərini qiymətləndirmək, digər tələbələr arasında intellektual rəqabət və stimul yaratmaq məqsədilə ixtisaslarına müvafiq kitablarla mükafatlandırılıb.