“Uğurlarımın sirri” adlı layihəyə əsasən ilk mükafatlandırma baş tutub

Kitabxana-İnformasiya Mərkəzi tələbələrin keyfiyyətli təhsil alması, uğurlar qazanması və dinamik inkişaf edən ölkəmiz üçün əsl vətəndaş və mütəxəssis kimi yetişməsində üzərinə düşən vəzifələrdən irəli gələrək 2020-ci ildən başladığı “Uğurlarımın sirri” adlı layihəni davam etdirir.

Layihə imtahan sessiyalarında yüksək nəticələr göstərən və sosial baxımdan həssas ailə qrupuna aid olan tələbələrin nailiyyətini qiymətləndirmək, digər tələbələr arasında intellektual rəqabət və stimul yaratmaq məqsədilə ixtisaslarına müvafiq nəşrlərin onlara hədiyyə olunmasını nəzərdə tutur. Bu məqsədlə, ilk olaraq Rəssamlıq fakültəsinin 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək bilik nümayiş etdirən 3 tələbəsi kitablarla mükafatlandırılıb.