Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mülki Müdafiə qərargahının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə universitetin əməkdaşları və tələbələr böyük maraq və diqqət göstəriblər.
Tədbir iştirakçılarına aşağıdakı mövzular barədə məlumat verilib.
-Ümumdünya Mülki müdafiə gününün mahiyyəti və məqsədi
-Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları
-Kollektiv mühafizə vasitələri nədir və necə qorunaq
-Fövqəladə hadisələr zamanı davranış qaydaları
-Fövqəladə hadisələr zamanı əhalinin təxliyyə edilməsi
-Yanğın və zəlzələ zamanı davranış qaydaları
-İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları