“UNİVERSİTETDƏN İŞ DÜNYASINA: GÜCLÜ CV-nin SİRLƏRİ” adlı təlim keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin təşkilatçılığı ilə “UNİVERSİTETDƏN İŞ DÜNYASINA: GÜCLÜ CV-nin SİRLƏRİ” adlı təlim baş tutub.
Təlim ADMİU-nun məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin, Təlim və ASAN İnnovativ İnkişaf Mərkəzi üzrə iş departamentinin təlim üzrə baş mütəxəssisi, ADMİU-nun müəllimi, beynəlxalq təlimçi TEDx spikeri Fəxri Məmmədzadə tərəfindən keçirilib.
Təlimdə ADMİU-nun müxtəlif fakültələrindən iştirak edən tələbələr karyera planlanmasının mərhələlərini, əmək bazarında ehtiyac duyulan və aktual olan bacarıqları, peşəkar CV-nin yazılma formalarını öyrənib, maraqlı əyani materiallarla tanış olub, mövzu ilə bağlı video-rolik izləyiblər.