Rektorun Tədrisdə Innovasiyalar Üzrə Müşaviri

Əməkdar incəsənət xadimi, professor

Məmmədova Validə İmran qızı 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

Təhsili:

  • 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V.İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
  • 1973-cü ildə M.Lomonosov ad. MDU-nun “ Psixologiya” fakültəsində ixtisasartırma keçib.
  • 1981-1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı;

Əmək fəaliyyəti:

  • 1974-76-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim;
  • 1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır.
  • 1991-1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb.
  • 2001-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Humanitar və ictimai fənlər ” kafedrasının müdiri;
  • 2010-2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor;
  • 2015-2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor;
  • 2021-ci ildən ADMİU rektorun tədrisdə innovasiyalar üzrə müşaviri;
  • 1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
  • 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

İctimai fəaliyyəti:

  • 1994-2015-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan dili və ədəbiyyatı üzrə ekspert,seminar rəhbəri;
  • 2005-ci ildən Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvü;
  • 2008-ci ildən Milli Elmlər Akademiyasının İncəsənət və memarlıq üzrə Koordinasiya Şurasının üzvü.
  • 2015-ci ildən Təhsil Nazirliyinin ali təhsil pilləsinin səviyyələri üçün Dövlətstandartı və təhsil proqramları hazırlayan işçi qrupun üzvü;
  • Mədəniyyət və incəsənət ixtisasları üzrə işçi qrupun sədri;
  • 2015-ci ildən AAK-ın eksperti;
  • Bir monoqrafiya, ali məktəb tələbələri üçün “Müasir rus ədəbiyyatı”, “Rus mühacirət ədəbiyyatı” dərsliklərinin müəllifi, “Mədəniyyət tarixi və nəzəriyyəsi” dərsliyinin (I və II cild) hər iki cildinin həmmüəllifidir.

Ailəlidir. Bir övladı var.