Vaşinqton Universitetinin tədqiqat işləri üzrə asistenti ADMİU-da qonaq müəllim kimi mühazirə deyib
Vaşinqton Universitetinin tədqiqat işləri üzrə asistenti və COP29-un İnklüzivlik üzrə meneceri Elman Süleymanov ADMİU-da “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənnindən “Müxtəlif qayrama və öyrənmə stilləri” mövzusu üzrə qonaq müəllim qismində çıxış edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yeni tədris ilindən etibarən “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan uşaqların incəsənətin müxtəlif sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinə bələdçilik edəcək mütəxəssislərin hazırlanmasıdır.
Bu məqsədlə müəyyən ixtisaslar üzrə təhsil alan tələbələrə “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənninin tədrisinə başlanılıb. Tədris proqramı Rəssamlıq, Musiqi sənəti və Teatr sənəti fakültələri üzrə bakalavr səviyyəsinin II və III kurs Azərbaycan və rus bölmələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.