Xalça eksizi üzrə təlimçi ADMİU-da qonaq müəllim kimi dərs deyib

ADMİU-nun Rəssamlıq fakültəsinin məzunu və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı Dost Evi filialının Xalça eskizi üzrə təlimçisi Ramin Səfərli universitetimizdə qonaq müəllim kimi dərs deyib. Dərs zamanı tələbələr vitraj texnikası, əlilliyi olan şəxslərlə işləyərkən diqqət etməli olduqları məqamlarla bağlı məlumatlandırılıblar, müzakirə aparılıb və vitraj texnikasını dərs prosesində işləyiblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2024-2025-ci tədris ilindən etibarən “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” innovativ və akademik kursunun icrasına başlayıb. Kursun əsas məqsədi əlilliyi olan şəxslərə incəsənətin müxtəlif sahələrində incəsənətin müxtəlif sahələrini tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.