Xalq rəssamı Arif Əzizin 80 illik yubileyi münasibətilə virtual sərgi

ADMİU-nun “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Arif Əzizin 3 yanvar 2023-cü il tarixində 80 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar olaraq universitetin Kitabxana-İnformasiya Mərkəzi “Rənglərin harmoniyası” adlı layihə çərçivəsində A.Əzizin yaradıcılığını əks etdirən nəşrlərdən ibarət virtual sərgi hazırlayaraq geniş oxucu auditoriyasına təqdim edir. Dəyərli müəllimimizi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.