Sosial-Siyasi Elmlər Kafedrasının Müdiri
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Sofiyev Xaləddin Əli oğlu 1952-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini bitirib.
1978-1980-ci illərdə SSR-nin 50 illiyi adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitunun nəzdindəki iki illik fars dili kursunu bitirmiş.
1982-1984-cü illərdə SSR-nin Məhdudlaşdırılmış Beynəlmiləl Qoşunun tərkibində Əfqanıstanda hərbi tərcüməçi kimi qulluq etmişdir.
1984-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində lobarant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1993-1994-cü ildə “Bədii yaradıcılıq” fakültəsinin dekanı vəzifəsində işləyib.
2006-cı ildən 2011 ci ilə kimi “Rejissor sənəti” fakültəsinin dekan müavini və 2011-ci ildən 2013-cü ilə kimi həmin fakültədə dekan vəzifəsində işləmişdir.
2013-cü ildən “Sosial siyasi fənnlər” kafedrasının müdiri vəzifəsində çalışır.
Sofiyev Xaləddin 2003-cü ildə “XX əsrin əvvəlləri Azərbaycan mədəniyyətində ənənə, yenilik və Əhməd bəy Ağaoğlunun yaradıçılığı” adlı dissertasiya işini müdafiə etmişdir. O, “Kulturologiya” (2003) və “Mədəniyyət tarixi və nəzəriyyəsi” (2006) dərsliklərinin həmmüəlliflərindən biridir.
2004-cü ildə “Şərq-Qərb mədəniyyəti və Əhməd bəy Ağaoğlunun yaradıcılığı” adlı monoqrafiyası çapdan çıxmışdır. Onun 50 dən artıq elmi məqaləsi Respublikasının müxtəlif elmi jurnallarında və konfrans materiallarında çap olunmuşdur. “Azərbaycan tarixi” fənnini tədris edir. Bir neçə metodik vəsaitin müəllifidir.
2005-ci ildə maarifçilik sahəsində göstərdiyi xidmətinə görə “Azərbaycan” Bilik cəmiyyəti tərəfindən Abbasqulu Ağa Bakıxanov adına fəxri diplomla təltif edilmişdir.
2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Hal-hazırda ADMİU-nun “Elmlər doktoru” proqramı üzrə dissertantıdır.