Xocalı soyqırımına həsr olunmuş tamaşa nümayiş olunub

Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə Teatr sənəti fakültəsinin I tədris ili tələbələrinin iştirakında “Qaranlıqdan İşığa” tamaşası nümayiş olunub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovanın adından Xocalı soyqırımı həqiqətlərinə həsr olunmuş “Qaranlıqdan İşığa” tamaşasında fəal iştiraklarına, nümayiş etdirdikləri yüksək məsuliyyətə və güclü komanda ruhuna görə Teatr sənəti fakültəsinin I tədris ili tələbələri “Təşəkkürnamə”lərlə təltif olunublar.