Zəfər günü münasibəti ilə Kulturologiya fakültəsində maarifləndirici görüşlər təşkil olunub

Noyabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 8 Noyabr – Zəfər Günü münasibəti ilə tələbələr üçün maarifləndirici görüşlər təşkil olunub.
Muzeyşünaslıq və turizm kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynov, Sosial-mədəni fəaliyyət kafedrasının dosenti Aygün Eyvazlı və Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Səfiyevanın çıxış etdiyi görüşlərdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının qəhrəmanlığı, milli birlik və həmrəyliyi, eləcə də Zəfər gününün dövlətçilik tariximizdəki xüsusi yeri haqqında tələbələrə ətraflı məlumat verilib.
Çıxışlar zamanı Zəfərin tarixi yaddaşımızın qorunmasında, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində və vətənpərvərlik ruhunun gücləndirilməsində rolu xüsusi vurğulanıb.