“Zəfərin elementləri” adlı tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) CreART Mədəniyyət Klublarının təşkilatçılığı ilə “Zəfərin Elementləri” adlı tədbir keçirilib.
ADMİU-nun tələbəsi İntizar Şahbazi Qasımzadənin özünə məxsus termini olan “Ruh Dramaturgiyası” terminindən istifadə edərək zəfər gününə həsr olunmuş səhnə kompozisiyası, rəqs, musiqi ifaları nümayiş olunub, zəfərimizə həsr olunmuş rəsmlərdən ibarət sərgi keçirilib.
Tədbirdə ADMİU-nun Müzeyşünaslıq və Turizm Kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova və Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov çıxış edərək Azərbaycanın 44 gündə qazandığı möhtəşəm zəfərdən və bu zəfərin incəsənətimizdəki əksindən danışıblar.