12-ci Bakı Beynəlxalq Kitab Sərgisi
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya”
Hörmətli kitabsevərlər!
- 21–27 oktyabr 2026-cı il tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir.
- Regionun ən böyük kitab sərgilərindən biri olan bu möhtəşəm tədbir kitabsevərləri, müəllifləri, nəşriyyatları və mütaliə həvəskarlarını bir araya gətirəcəkdir.
- Əziz oxucu siz sərgi çərçivəsində yeni nəşrlərlə tanış olmaq, kitabların sehrli dünyasına səyahət etmək və mütaliənin əhəmiyyətini bir daha kəşf etmək imkanı əldə edəcəksiniz.
- ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi hər il olduğu kimi, bu il də sərgidə universitetin professor-müəllim heyətinin müəllifi olduğu tədris nəşrlərini nümayiş etdirəcəkdir.
Tarix: 21–27 oktyabr 2026-cı il
Məkan: Bakı Ekspo Mərkəzi
Ziyarətçilər Elmlər Akademiyası və 28 May metro stansiyalarından M marşrutlu avtobuslarla Koroğlu metro stansiyasına, oradan isə sərgi üçün ayrılmış xüsusi avtobuslarla sərgi məkanına gələ bilərlər.
Bütün kitabsevərləri sərgidə iştirak etməyə dəvət edirik!
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaqdır.
Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.
Sərgi çərçivəsində çoxsaylı tədbirlər : kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcəkdir. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcəkdir.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.
İş rejimi
21–27 oktyabr 2026
Hər gün 10:00–20:00 Ünvan: Bakı Ekspo Mərkəzi
Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər
Proqram 21–27 oktyabr, Bakı Ekspo Mərkəzi · 250 tədbir
- 21 oktyabr 2026, çərşənbə: 28 tədbir
- 22 oktyabr 2026, cümə axşamı: 38 tədbir
- 23 oktyabr 2026, cümə: 45 tədbir
- 24 oktyabr 2026, şənbə: 46 tədbir
- 25 oktyabr 2026, bazar: 46 tədbir
- 26 oktyabr 2026, bazar ertəsi: 30 tədbir
- 27 oktyabr 2026, çərşənbə axşamı: 17 tədbir

