ADMİU-nun müəllimi Romada konsertdə iştirak edib

İtaliyanın paytaxtı Roma şəhərində, Roma Konqres Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş “Millətin səsi” adlı konsert proqramı keçirilib.

Konsert Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi və İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri kafedrasının tar ixtisası üzrə baş müəllimi İsmayıl Zülfüqarov da iştirak edib.