ADMİU-DA “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq Elmi-praktiki konfrans keçiriləcək

30 aprel 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq Elmi-praktiki konfrans keçiriləcək. 

Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.

Konfransın məqsədi:Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və  elmi informasiya mübadiləsi.

         Kofransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

Üzeyir Hacıbəyli – 140. Türk xalqlarının musiqisi bədii fenomen kimi

• Ənənəvi musiqi janrları müasir elmi paradiqmanın tədqiqat obyekti kimi

• Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri

       Konfransın proqramına daxil ediləcək məruzələr 05 aprel 2025-ci il tarixindən gec olmayaraq Azərbaycan, ingilis və rus dillərində aşağıda göstərilən e-mail ünvana göndərilməlidir: turksoylu2025@gmail.com

Müasir reallığı nəzərə alaraq konfransın Zoom platforması əsasında məsafəli qaydada keçirilməsi istisna edilmir.

Konfransın şərtlərini təqdim edirik.

İştirakçı üçün şərtlər:

Konfransda aşağıda göstərilən qaydada iştirak etmək mümkündür: bir və ya bir neçə bölmə çərçivəsində məruzə etməklə, məruzə etmədən qiyabi iştirakın təmin olunması ilə (konfransda iştirak etmədən stenddə yerləşdirilmiş məruzə), onlayn konfransda iştirak etməklə. İştirak etmək istəyənlər materialları 2025-ci il aprel ayının 10-na qədər çatdırmalı, çıxışın mövzusunu bildirməli və konfransda iştirak etmək üçün ərizə verməli, yaxud konfransın elektron ünvanına məktub göndərməlidirlər. Məruzəçilərin səfərlə bağlı yol xərcləri iştirakçının özü tərəfindən ödənilir.

Məruzənin yazılma qaydaları

Ərizədə məruzənin mövzusu, müəllif haqqında məlumat (soyad, ad, atasının adı, elmi dərəcə və fəxri ad, iş yeri və vəzifə, poçt və elektron ünvanlar, əlaqə telefonları) göstərilməlidir.

Təşkilat komitəsi mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Müəllif göstərdiyi ünvan vasitəsilə bu haqda xəbərdar ediləcəkdir. Məqalənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Nəşrin həcmi 7 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [A.Talıbzadə, 2006, səh. 28]. “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə düzənlənir (12 pt), nömrələnmir. Məqalələr müəllif redaksiyasında çap  olunur. Konfransın dili – Azərbaycan, türk, rus və ingilis dilləridir.

            Xülasə ingilis dilində (əgər məqalə ingiliscə yazılmışdırsa, xülasə Azərbaycan dilində verilməlidir) tərtib olunmalıdır (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır.

Açar sözlər: 8-12 sözdən ibarət olmalıdır.

Qeyd: Konfransın materialları toplu şəklində dərc olunub hər bir iştirakçıya təqdim ediləcək. Məqalənin bir səhifəsi – 6 AZN təşkil edir.

İştirakçının ərizəsi

Soyad, ad, atasınn adı (tam) 
Elmi dərəcə 
Təşkilat 
Vəzifə 
E-mail 
Telefon nömrəsi (ölkə kodu ilə) 
Ev ünvanı (poçt indeksi ilə) 
Ölkə, şəhər      
Məruzənin adı 
Açar sözlər 
Tezis 

Əlaqə:

Ünvan: ADMİU, İnşaatçılar pr., 39

Telefon: (+99 412) 599-00-54

055 827-47-26
           Elektron poçt ünvanı: turksoylu2025@gmail.com

İnternet ünvan: http://admiu.edu.az/