Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ömurboyu təhsil, karyera və məzunlarala iş bölməsi 2022-ci ildə Tədris şöbəsinin nəzdində yaradılmışdır.

Hədəf və məqsədlərimiz genişdir. Daim dəyişən və yeniləşən əmək şəraitində yeni kompetensiyaların əldə edilməsinə, mütəxəssislərin intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşdirilməsinə, gənc nəslin, yaşlıların “ömürboyu təhsil” konsepsiyası kontekstində ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin olunmasına, yeni bilik və bacarıqların əldə edilməsinə, əmək bazarının yeniləşən kompetensiyalarının araşdırılıb öyrənilməsinə, yeni ixtisasların yaradılmasına, təhsilin məzmununa dövrün tələblərinə müvafiq baxış keçirilməsinə, insanlarda yaradıcılıq maraqlarının və tələbatlarının gerçəkləşdirilməsinə xidmət etmək formal təhsillə yanaşı qeyri-formal təhsil forması vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir. Bu məqsədlə ADMİU-da Əlavə təhsilin müxtəlif istiqamətlərində tədris təşkil olunur.

Karyera və məzunlarla iş sahəsində prioritetlərimiz!

Tələbə və məzunların karyeralarını inkişaf etdirmələrinə, iş dünyasına hazırlanmalarına, ixtisaslarına uyğun iş tapmalarına və iş həyatının hər pilləsində uğur əldə etmələrinə köməklik göstərmək əsas məqsədimizdir. Ümumilikdə, Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi qeyd olunanlarla yanaşı, məzunlarla universitet arasında olan əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək məqsədi ilə aşağıdakı fəaliyyətləri həyata keçirir:

  • ADMİU tələbələrinin təcrübə yerlərini müəyyənləşdirir, məzunlarının işlə təmin olunması məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlıq edir və tələbələrin ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini təmin edir;
  • Tələbələrə karyera planlama fikrini aşılayır və onların karyeralarının inkişaf etdirmələrinə köməklik göstərir;
  • Müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Karyera günləri (seminar, konfrans, forum və s.) təşkil edir;
  • Tələbələri təşkil olunmuş təlimlər vasitəsi ilə CV hazırlama, iş axtarma, işə müraciət və müsahibədə iştirak qaydaları haqqında məlumatlandırır;
  • Karyera və əmək yarmarkaları ilə bağlı tələbə və məzunların məlumatlandırılmasını təmin edir, müxtəlif karyera yarmarkalarında iştirak edir;
  • Birinci təhsil ilindən mütəmadi olaraq tələbələri öz karyeralarını necə qurmaları haqqında məsləhətlər verir, karyera planlaması mövzusunda təlimlərlə bərabər görüşlər keçirir;
  • Tələbələrin praktiki təcrübələrini inkişaf etdirmək, dünyagörüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq müvafiq müəssisələrə bir günlük təcrübə xarakterli gəzintilər təşkil edir;
  • Dil və danışıq bacarıqlarının artırılması üzrə klublar, peşəyönümlü qısa proqramlar təşkil edir;
  • Müəssisələrin müraciətləri əsasında məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək göstərir;
  • Məzunlar üçün iş imkanları yaratmaq məqsədi ilə şirkətlərlə məzunlar arasında əlaqələr qurur və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirir;
  • İş təcrübəsi olmayan məzunlar üçün müvafiq iş yerlərində təcrübə keçmələrinə köməklik edir;
  • Yerli və beynəlxalq təşkilatların təşkil etdiyi təqaüd proqramları haqqında tələbələri məlumatlandırır;
  • Müəssisələrin zəngin istehsalat təcrübələrinin ADMİU-da istifadəsi, müəllimlər və tələbələrin müəssisələrin fəaliyyətinə cəlb edilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb olunması məqsədi ilə müəssisələrlə qarşılıqlı əməkdaşlıq müqavilələrinin bağlanmasını təşkil edir;
  • Məzun şəbəkəsi daxilindəki və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi ilə sosial, mədəni və idman fəaliyyətləri həyata keçirir;
  • “Məzunlarla görüş” proqramı çərçivəsində məzunlarla tələbə və professor-müəllim heyəti arasında ADMİU-da görüşlər təşkil edir;
  • Məzunların iş həyatında qazanmış olduqları təcrübələri tələbələrə aşılamaq məqsədi ilə məzunların tələbələr üçün vörkşop, təlim və seminarlarını təşkil edir;
  • Məzunlar haqqında statistik məlumat bazası təşkil edir;
  • Əmək bazarını təmsil edən məzunlarla tədris planlarını müzakirə edir;
  • Dövlət Məşğulluq Agentliyi və digər qurumlarla əməkdaşlıq edir və layihələr həyata keçirir;
  • Özünüməşğulluq proqramlarını təşviq edir və informasiya dəstəyi göstərir;
  • “Məzunlar Assosiasiyası”nın işini təşviq edir və dəstək göstərir;
  • Regionlarda və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi strategiyalarına uyğun olaraq müstəqil və ya dövlət orqanları ilə əməkdaşlıq etdərək dəstək göstərir və tələbə-məzunların məlumatlandırılmasını təmin edir;
  • Öz fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar verir;
  • Öz fəaliyyəti ilə əlaqədar müxtəlif sosial şəbəkələr üzərindən ictimaiyyətin məlumatlandırılmasını təmin edir;
  • Karyera quruculuğu və əlaqəli məsələlərlə bağlı universitetin nəzdində fəaliyyət göstərən müxtəlif təşkilat və klublarla əlaqədə olur;
  • İxtisasları üzrə tələbələrin könüllü fəaliyyətə cəlb edilməsi istiqamətində təşviq edilməsini təmin edir;
  • Xaricdə təhsil imkanları, təqaüdlər və s. ilə əlaqədar infosessiyalar təşkil edir.

Əlaqə vasitələri:

Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin aparıcı mütəxəssisi:
İsmayılova İlahə Sadiq qızı
tel: 0125990056 (daxili 157);
e-poçt: ilaha.ismayilova@admiu.edu.az

Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin mütəxəssisi:
Zeynalova Gülnar Mahir qızı
tel: 0125990056 (daxili 159);
e-poçt: gulnar.zeynalova@admiu.edu.az

Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin metodisti:
Mamedbagir Rasul Mayis oğlu
tel: 0125990056 (daxili 105);
e-poçt: rasul.mammadbaghir@admiu.edu.az

Rəhbər

Məmmədova Gülnarə