“Xatirədən Gələcəyə” Beynəlxalq Qobelen Mükafatı üçün açıq müraciət elan olunur

Müasir qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq platforma olan “Xatirədən Gələcəyə” (“Threads of Memory: Towards the Future”) Beynəlxalq Qobelen Mükafatı üçün açıq müraciət mərhələsi elan edilib.

Layihə müasir qobelen və tekstil əsaslı bədii təcrübələrin inkişafını təşviq etmək, müxtəlif ölkələrdən olan sənətçiləri bir araya gətirmək və ənənə ilə müasir yanaşmalar arasında yaradıcı dialoq qurmaq məqsədi daşıyır.

Müraciətlərin qəbulu 18 may 2026-cı il tarixindən başlayıb. Son müraciət tarixi 5 iyun 2026-cı il müəyyən olunub. Seçim nəticələri 8 iyun 2026-cı ildə elan ediləcək.

Qeyd edək ki, layihənin rəsmi tərəfdaşları sırasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərxalça” ASC və “Tamilla Məmmədova” adına Fond yer alır.