ADMİU-nun tələbəsinin fərdi sərgisi keçirilib
“Zaman art gallery”da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrası rəngkarlıq ixtisası üzrə təhsil alan 3-cü təhsil ili tələbəsi Babaxanova Rüqəyyanın “Ruhun müxtəlif üzləri” adlı fərdi sərgisi keçirilib.
Tədbirdə Təsviri sənət kafedrası müdiri, Əməkdar rəssam Rəşad Cabarov, Xalq rəssamı, professor Xanlar Əhmədov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Məmmədov, Şafiq Osmanov, Səbuhi Atababayev, Zöhrab Cabbarov və başqaları iştirak edərək gənc rəssama uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgi 23-25 may tarixlərini əhatə edib.

