ADMİU-nun kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Zəfər parkını ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünyada yaşayan azərbaycanlılar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar. Bakının 8 Noyabr prospektində Zəfər parkı da bu ehtiramın təcəssümüdür.