ADMİU-da Yeni Azərbaycan Partiyasının VIII qurultayına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayına həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu haqqında danışıb, milli maraqların qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Rektor bu xüsusda təhsil müəssisələrinin rolundan da bəhs edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında cənab Prezident İlham Əliyev tərəfindən vurğulanan məsələlərin vacibliyi, Azərbaycanın inkişafı və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də partiyanın qarşısında duran vəzifələr barədə danışıb.
Tədbirdə universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva, tədris işləri üzrə prorektor vəzifəsini icra edən professor Şirinbəy Əliyev, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirov, Aşıq sənəti kafedrasının müdiri, dosent Samirə Əliyeva, Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Səfiyeva, Muğam sənəti kafedrasının müdiri, dosent Teyyub Aslanov, ADMİU-nun elmi katibi, dosent Vasif Adilov və Musiqili teatr aktyoru kafedrasının müdiri, professor Azad Şükürov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

