ADMİU-nun müəlliminin əsəri ICESCO-nun Baş direktoruna hədiyyə edilib
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimi Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmisiniz” adlı əsəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə hədiyyə edilib.
Azərbaycan mədəniyyətinin və incəsənətinin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli olan bu hadisə milli bədii irsimizin dünyada tanıdılmasına töhfə verir.

