ADMİU-nun prorektoru “Türk dünyasının Dekorativ- tətbiqi sənəti: tarix, müasirlik və gələcək perspektivlər” elmi-praktiki konfransında iştirak edib

Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) prorektoru, sənətşünaslıq üzrə fəlsəfə foktoru, dosent Sevil Kərimova Daşkənddə keçirilən “Türk dünyasının Dekorativ- tətbiqi sənəti: tarix, müasirlik və gələcək perspektivlər” elmi-praktiki konfransında onlayn formatda iştirak edib. Konfrans Özbəkistan Ali təhsil, Elm və İnnovasiyar Nazirliyi, Kəmaləddin Behzad adına Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutu, beynəlxalq “Science and İnnovation” jurnalı tərəfindən təşkil edilib.
Konfransda dekorativ-tətbiqi sənətin müasir bədii mühitdə yeri və rolu, yaradıcı sənayələr sahəsində beynəlxalq təcrübə müzakirə edilib. Sevil Kərimovanın “Mədəni ənənənin canlanması aspektində dekorativ-tətbiqi sənət: Azərbaycan təcrübəsi” məruzəsi” maraqla qarşılanıb.